Yuxarı

İlham Əliyev 3 fərman, 4 sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:10

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1459, № 11, maddə 2254; 2020, № 12 (I kitab), maddə 1475) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.5-ci bəndə “adı” sözündən sonra “və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;

1.2. 4.6-cı bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Şuranın sədri və onun müavini (müavinləri) təsisçinin müəyyən etdiyi qaydada və müddətdə vəzifəyə təyin və vəzifədən azad olunurlar.”;

1.3. aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:

“4.6-1. Şura sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;

1.4. 4.11-ci bənddə “iclasın” sözü “, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

1.5. 4.14-3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.14-3.2. bu Nizamnamənin 4.11-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;”;

1.6. 4.15.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və Qurumun icra orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

1.7. aşağıdakı məzmunda 4.15-1-ci bənd əlavə edilsin:

“4.15-1. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini (müavinlərindən biri), Şura sədrinin müavini olmadıqda isə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.”;

1.8. 4.18-ci və 4.19-cu bəndlərin ikinci cümlələrinə “sədr” sözündən sonra “və onun müavini (müavinləri)” sözləri əlavə edilsin;

1.9. 4.21-ci bəndə “İdarə Heyəti” sözlərindən sonra “sədrinin müavini (müavinlərindən biri), İdarə Heyətinin müavini olmadıqda isə İdarə Heyəti” sözləri və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İdarə Heyəti sədrinin müavinlərinin sayını təsisçi müəyyən edir.”;

1.10. 4.24-cü bənd üzrə:

1.10.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“İdarə Heyətinin sədri Qurumun Nizamnaməsində müəyyən olunmuş müddətdə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.”;

1.10.2. altıncı cümlədə “İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

1.11. 4.25.7-ci yarımbənddə “Qurumun” sözü “Özünün və Qurumun struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.12. 4.30-cu bənddə “onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz” sözləri “onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini (müavinlərindən biri) icra” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

4. Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşır.

5. Müəyyən edilsin ki:

5.1. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

5.2. Müşahidə Şurasının 8 (səkkiz) üzvü qeyri-hökumət təşkilatlarının, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir;

5.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Agentliyin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

5.4. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

6. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;

6.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

6.1.5. Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

6.1.6. Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

6.2. Agentliyə:

6.2.1. Agentliyin strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

6.2.2. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

7.3. qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

7.4. Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.7. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;

7.8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik:

8.1. Agentliyin strukturu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

8.2. “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanı nəzərə alınmaqla, qeyri-hökumət təşkilatlarına və onların iştirakı ilə keçirilən layihələrə dair informasiya ehtiyatının formalaşdırılmasını “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təmin etsin;

8.3. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

8.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

8.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

9.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Nizamnamənin 5.1-ci bəndində və bu Fərmanın 5.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

9.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

10. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1224; 2009, № 4, maddə 222, № 12, maddə 988; 2012, № 2, maddə 83, № 5, maddə 429; 2016, № 3, maddə 466; 2018, № 11, maddə 2269; 2019, № 7, maddə 1246, № 8, maddə 1036) ləğv edilsin.

***

Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb.

1. Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən:

2.1. aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etsin;

2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.

***

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 942) 3.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:

“3.3. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin etsin.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 378; 2017, № 4, maddə 561; 2018, № 5, maddə 959) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Yazıçılar Birliyinin sədri

Azərbaycan Rəssamlar İttifaqının sədri

Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Azərbaycan Memarlar İttifaqının sədri

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Xoşbəxt Yusifzadə –Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Tahir Salahov – Xalq rəssamı

Ömər Eldarov – Xalq rəssamı

***

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2021-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 mart tarixli 1296 nömrəli Fərmanı) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci (hər iki halda), 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.59-cu, 13.2.72-ci (hər iki halda), 13.2.75-ci, 13.2.78-ci (hər üç halda), 13.2.79-cu, 13.2.80-ci (hər iki halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.2.84-cü, 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-9-cu, 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 22-1.1-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində, 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü (aksiz markaları ilə markalanmalı mallara münasibətdə), 24.0.4-1-ci maddələrində, 24.0.6-cı maddəsinin ikinci cümləsində, 24.0.7-1-ci, 26.2-1-ci (hər üç halda), 27.2-ci, 28.3-cü, 30.6.8-ci, 30.6.9-cu (hər iki halda), 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 33.10-cu maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 50.1.9-cu (aksiz markaları ilə markalanmalı mallara münasibətdə), 50-2.1-ci, 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 67-1.3-cü, 67-2.4-cü, 71-1.3-cü, 71-1.4-cü, 71-2.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü, 98.2.7-ci, 101.1-4-cü, 102.1.4-cü, 102.1.17-ci, 102.1.21-ci, 102.1.28-ci, 102.1.29-cu (hər iki halda), 102.1.33-cü, 102.1.35-ci, 106.1.5-ci, 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 106.1.18-ci, 106.1.24-cü, 106.1.27-ci, 106.1.28-ci, 122.3-cü, 128.3-cü, 130.1-1-ci, 150.1.13.3-cü, 150.3-4-cü, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.20-ci, 164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.34-cü, 164.1.35-ci, 164.1.36-cı, 164.1.40-cı, 164.1.42-ci, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu, 164.1.52-ci, 164.1.53-cü, 164.1.54-cü, 165.1.7-ci (hər iki halda), 165.1.9-cu, 165.3-cü, 165.4-cü (ikinci halda) maddələrində, 165.5-ci və 165.6-cı maddələrinin birinci cümlələrində, 175.9-cu maddəsində, 194.1-ci maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 194.1-1-ci, 199.7-ci, 199.8-ci, 199.16-cı (hər üç halda), 207.3-cü, 207.4-cü, 207.7-ci (hər üç halda), 218-1.1.3-cü maddələrində, 221.4.7-ci maddəsinin birinci cümləsində, 221.4.13-cü maddəsinin birinci və ikinci abzaslarında (birinci halda), 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 22-1.3-cü (ikinci halda), 67-2.4-cü, 77.5-ci (üçüncü halda), 77.6-cı (üçüncü halda), 102.1.29-cu (birinci halda), 150.1.13.3-cü, 164.1.48-ci (birinci halda) maddələrində, 165.5-ci və 165.6-cı maddələrinin birinci cümlələrində, 199.16-cı (ikinci halda), 207.7-ci (ikinci halda) və 224.4-cü maddələrində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 22-1.2-ci və 22-1.4-cü maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə, vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 24.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 102.1.14.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.6. həmin Məcəllənin 89.15-ci maddəsinin birinci abzasında (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 16 may tarixli 878-IQ nömrəli Qanunu ilə müəyyən edilmiş özəlləşdirilməsi qadağan olan əmlaka və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 2.2-ci bəndində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, 2.3-cü bəndində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;

1.7. həmin Məcəllənin 13.2.75-ci, 13.2.80-ci (birinci halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci cümləsində, 13.2.84-cü, 16.1.8-ci (birinci halda), 16.1.11-9-cu maddələrində, 22-1.1-ci maddəsinin ikinci cümləsində, 26.2-1-ci (ikinci halda), 50-2.1-ci, 71-1.3-cü, 71-1.4-cü, 71-2.2-ci, 77.5-ci (birinci halda), 77.6-cı (birinci halda), 77.7.2-ci, 77.7.3-cü, 98.2.7-ci, 101.1-4-cü, 102.1.35-ci, 106.1.18-ci, 106.1.27-ci, 164.1.34-cü, 165.1.9-cu, 175.9-cu maddələrində, 194.1-ci maddəsinin birinci və ikinci (ikinci halda) cümlələrində, 218-1.1.3-cü, 222.5.9-cu, 222.7-ci və 224.11-ci maddələrində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 23.1.3-cü, 23.1.15-2-ci, 23.1.15-4-cü (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə), 38.6-cı, 50.1.9-cu (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə), 50.7-ci, 71-1.2-ci maddələrində, 72.2-ci maddəsinin üçüncü abzasında, 76-1-ci (birinci halda), 83.9-cu, 87.4-cü, 90.3-cü (ikinci abzasda), 98.3-cü, 102.1.14.1-ci, 102.1.14.2-ci, 102.8-ci, 109.3-cü, 109.7-ci, 111.3-cü, 164.1.22-ci, 175.1.3-cü, 175.8-ci, 190.2-ci, 190.5-ci, 198.1.1-ci maddələrində, 206.1-1-ci maddəsinin ikinci cümləsində, 206.2-ci, 212.6-cı, 212.6.1-ci, 212.6.2-ci, 217.6-cı, 218.5.5-ci və 220.8.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.9. həmin Məcəllənin 14-1.9-cu, 15.1.15-1-ci, 15.1.15-2-ci, 16.1.10-cu, 16.1.11-4-cü maddələrində, 16.3-cü maddəsinin birinci cümləsində, 17.6-cı, 24.0.7-2-ci, 30.4-cü, 33.8.4.7-ci, 33.8.5.5-ci maddələrində, 34.1-ci maddəsinin yeddinci abzasında və səkkizinci abzasının ikinci cümləsində, 34.2-ci, 34.7.2-ci maddələrində, 35.1-ci maddəsinin birinci və ikinci abzaslarında (ikinci halda), 37.4-cü, 38.8-ci, 39.3-cü, 43.2.4-cü, 43.10-cu, 50.6-cı maddələrində, 72.2-ci maddəsinin birinci abzasında, 72.5-1-ci, 76.2-ci, 89.3-cü, 89.13.2-ci, 89.13.3-cü maddələrində, 90.3-cü maddəsinin üçüncü abzasında (ikinci halda), 90.3-3-cü (birinci halda), 90.3-4-cü (birinci halda), 150.3.3-cü, 150.3-1-ci, 150.3-2-ci, 150.3-3-cü, 157.1-ci, 157.2-ci, 164.1.26-cı, 164.1.28-ci (üçüncü halda), 169.5-ci, 192.1-ci, 212.3-cü, 212.5-ci (ikinci halda), 221.3.1-ci, 221.4.10-cu (ikinci halda) və 221.8.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

1.10. həmin Məcəllənin 13.2.72-ci (birinci halda), 13.2.78-ci (birinci və ikinci hallarda), 16.1.3-1-ci (birinci halda), 16.1.4-cü, 16.6-cı (birinci halda), 16.7-ci (birinci halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 22-1.1-ci maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda), 22-1.3-cü (birinci və üçüncü hallarda), 24.0.4-1-ci maddələrində, 24.0.6-cı maddəsinin ikinci cümləsində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 76.1-1-ci (birinci halda), 150.3-4-cü, 164.1.54-cü, 199.16-cı (üçüncü halda), 207.7-ci (üçüncü halda) maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.11. həmin Məcəllənin 20.1-ci, 26.3-cü, 34.8-ci, 34.8.3-cü, 63.2-ci, 76-1-ci (ikinci halda), 85.9-cu, 85.11-ci, 85.16-cı (birinci halda), 87.2-ci maddələrində, 90.3-cü maddəsinin üçüncü abzasında (üçüncü halda), 90.3-3-cü (ikinci halda), 90.3-4-cü (ikinci halda), 194.2.1-ci, 212.5-ci (üçüncü halda), 221.4.6-cı maddələrində, 221.4.13-cü maddəsinin ikinci abzasında (ikinci halda), 221.8.4-cü və 221.8.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

1.12. həmin Məcəllənin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.13. həmin Məcəllənin 89.15-ci maddəsinin birinci (ikinci halda) və ikinci abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

1.14. həmin Məcəllənin 194.2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti birlikdə həyata keçirir;

1.15. həmin Məcəllənin 30.6.8-ci və 33.7.9-cu (ikinci və üçüncü hallarda) maddələrində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.16. həmin Məcəllənin 85.16-cı (ikinci halda), 158.2-ci və 195.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

1.17. həmin Məcəllənin 33.10-cu maddəsində “orqan” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.18. həmin Məcəllənin 35.1-ci maddəsinin ikinci abzasında (birinci halda) və 35.4-cü maddəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.19. həmin Məcəllənin 33.8.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

1.20. həmin Məcəllənin 90.3-cü maddəsinin üçüncü abzasında (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

1.21. həmin Məcəllənin 106.1.28-ci və 164.1.49-cu maddələrində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nəzərdə tutulur;

1.22. həmin Məcəllənin 164.1.23-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;

1.23. həmin Məcəllənin 164.1.52-ci maddəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.24. həmin Məcəllənin 212.5-ci (birinci halda) və 220.7-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

1.25. həmin Məcəllənin 221.4.7-ci maddəsinin ikinci cümləsində, 221.4.8-ci, 221.4.9-cu və 221.4.10-cu (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;

1.26. həmin Məcəllənin 164.1.53-cü maddəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.27. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.28. həmin Məcəllənin 67-1.1.2-ci, 67-1.2.2-ci, 164.1.15-ci (ikinci halda) və 164.1.16-cı (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətli orqan həyata keçirirlər;

1.29. həmin Məcəllənin 14.10-cu (hər iki halda) və 220.1-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;

1.30. həmin Məcəllənin 32.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;

1.31. həmin Məcəllənin 24.0.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər;

1.32. həmin Məcəllənin 30.6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müvafiq dövlət orqanları həyata keçirirlər;

1.33. həmin Məcəllənin 164.1.19-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalara, avadanlıqlara və dəstləşdirici hissələrə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi həyata keçirirlər;

1.34. həmin Məcəllənin 33.4-cü maddəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara münasibətdə isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi həyata keçirirlər;

1.35. həmin Məcəllənin 221.4.7-ci maddəsinin birinci cümləsində və 221.4.13-cü maddəsinin birinci və ikinci abzaslarında “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslərə münasibətdə isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;

1.36. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

1.37. həmin Məcəllənin 164.1.48-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə, icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin publik hüquqi şəxsin tabe olduğu orqan (qurum), digər publik hüquqi şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.38. həmin Məcəllənin 206.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə həyata keçirir;

1.39. həmin Məcəllənin 33.3-cü maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

1.40. həmin Məcəllənin 13.2.59-cu maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzərdə tutulur;

1.41. həmin Məcəllənin 13.2.78-ci (üçüncü halda), 13.2.79-cu, 13.2.80-ci (ikinci halda) və 164.1.40-cı maddələrində “qurum” dedikdə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzərdə tutulur;

1.42. həmin Məcəllənin 165.4-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir;

1.43. həmin Məcəllənin 30.6.9-cu (hər iki halda), 102.1.29-cu (ikinci halda) və 106.1.5-ci maddələrində “qurum” dedikdə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur;

1.44. həmin Məcəllənin 102.1.28-ci maddəsində “qurum” dedikdə, Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur;

1.45. həmin Məcəllənin 199.16-cı (birinci halda) və 207.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;

1.46. həmin Məcəllənin 102.1.33-cü, 106.1.24-cü və 164.1.42-ci maddələrində “qurum” dedikdə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin bu məqsədlə yaratdığı hüquqi şəxs nəzərdə tutulur;

1.47. həmin Məcəllənin 164.1.20-ci maddəsində “qurum” dedikdə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası nəzərdə tutulur;

1.48. həmin Məcəllənin 164.1.28-ci və 165.1.7-ci maddələrində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1454; 2016, № 8, maddə 1383, № 11, maddə 1802, № 12, maddə 2090) ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 3.1.3-cü yarımbəndində “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilsin.

Tarix
2021.04.19 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla