Azərbaycan mədəniyyətinin zəngin ruhunu əks etdirən “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib.
Axar.az xəbər verir ki, çilçırağın hazırlanması ideyası “Museum Furniture” tərəfindən irəli sürülüb.
Məlumata görə, dizayn prosesi İtaliyanın Neapol şəhərində yerləşən “İ Borbone” brendi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
“Museum Furniture”nin ideya müəllifi olduğu layihənin icrası zamanı italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib.
Təqdimat mərasimində milli musiqi alətlərimiz, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib. Tədbirdə “Xarı Bülbül” Azərbaycanın simvoluna çevrildiyi də xüsusi vurğulanıb. “Museum Furniture” də müəllifi olduğu və ərsəyə gətirdiyi bu layihədə məhz xarıbülbül detalını nəzərə alıb.