Yuxarı

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Dünən mediada çox müzakirə olunan bir mövzu vardı: Qazaxıstandan Azərbaycan ərazisi ilə Gürcüstana və oradan Ermənistana yük daşınması xəbəri. Bunu bəziləri sərt tənqid etdi, bəziləri isə böyük diplomatik nailiyyət kimi təqdim etdi.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni jurnalist Tatul Akopyan deyib.

“Mən bir neçə faktı təqdim edəcəyəm – heç bir tərəfi tərifləmədən və ya tənqid etmədən.

Sovet dövründə, yəni təxminən 70 il ərzində, Ermənistana daxil olan və oradan çıxan yüklərin əsas hissəsi, hətta 85 faizə qədəri Azərbaycanın dəmir yolu vasitəsilə daşınırdı: Rusiya–Bakı–Naxçıvan–İrəvan xətti ilə. İrəvan–Tiflis–Suxumi xətti isə əsasən sərnişin qatarlarına xidmət edirdi.

Hamımız 1992–1993-cü illərin o soyuq qışını xatırlayırıq: o vaxt bir günlük un ehtiyatımız qalmışdı. İrandakı səfirliyimiz yerli ermənilərin köməyi ilə lavaş alıb Mehriyə göndərirdi ki, heç olmasa orada çörək olsun. Elə həmin dövrdə biz Türkiyə ərazisi ilə 58 ton taxıl gətirdik. Plan 100 ton idi, amma biz Kəlbəcərə daxil olanda (işğal edəndə – red.) Türkiyə sərhədi bağladı.

“Birinci Respublika illərində (1918–1920) Ermənistan böyük səylər göstərirdi ki, aclıq içində olan ölkəyə Azərbaycanın ərazisindən çörək və neft çatdırsın.

1918-ci ilin payızında Ermənistan hökuməti Artashes Babalyanı İstanbula göndərdi. Orada xarici işlər naziri Xatisyanın başçılıq etdiyi nümayəndə heyəti diplomatik danışıqlar aparırdı. Bizim tərəf Tələt və Ənvər paşalardan xahiş etmişdi ki, Azərbaycana təsir göstərsinlər və Bakının Ermənistana çörək və neft göndərməsinə icazə versinlər.

Sonda bir şeyi demək istəyirəm: coğrafiyanı dəyişmək mümkün deyil”, - T.Akopyan qeyd edib.

Tarix
2025.10.23 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla