Yuxarı

Leyla Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulmuş “Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

Axar.az xəbər verir ki, gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də “Ramazan çadırı”nın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

“Ramazan çadırı”nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, Moskva müsəlmanları məktəbi şagirdlərinin ifasında dini şeirlər, dini mahnılar ifa olunub, AMOR və “İRS-Naslediye” jurnalları paylanıb.

İftardan əvvəl Müqəddəs “Qurani-Kərim”dən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.

Tarix
2021.05.04 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla