Yuxarı

Zahid Ömərzadə xüsusi müşayiətlə ölkəmizə gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zahid Ömərzadə xüsusi müşayiətlə ölkəmizə gətirildi

Azərbaycan Respublikası Baş Prokurorluğu Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu verib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Ömərzadə Zahid Xandadaş oğlunun 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif işlərə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zahid Ömərzadə 11.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Tarix
2021.05.11 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla