Yuxarı

Bakıda velosiped nəqliyyat vasitəsi ola bilər? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda velosiped nəqliyyat vasitəsi ola bilər? – Açıqlama

Ölkəmizdə həm velosiped zolaqları, həm də velosiped yolları azdır. Yalnız görüntü üçün 100-200 metr velosiped zolaqları mövcuddur. Bakıda velosiped sürmək üçün yol və şərait demək olar ki, yoxdur. Ümumiyyətlə, bizdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilməsinə də maraq zəifdir.

Bu sözləri Axar.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, velosipedi nəqliyyat vasitəsi kimi populyarlaşdırmaq üçün pararlel tədbirlər görmək lazımdır:

“Şəhərdə uyğun yerlərdə velosiped yolları və zolaqları salınmalıdır. Avtomobil sürücülərinə velosipedlə yanaşı hərəkət qaydaları öyrədilməlidir. Bu gün velosipedçilər kütləvi şəkildə yola çıxsalar, onların həyatı üçün ciddi təhlükə yaranacaq. Bu nəqliyyat vasitəsini məşhurlaşdırmaq üçün təbliğat-təşviqat işlərinə başlamalıyıq. Məsələn, məşhur şəxslərin, ictimai xadimlərin, dövlət məmurlarının velosipeddən nəqliyyat vasitəsi kimi mütəmadi istifadə etməsi ən yaxşı nümunə ola bilər. Bütün bunlar velosipedə marağı artırar”.

Tarix
2021.06.04 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla