Yuxarı

Xocalıda yeni məscid: belə məscid olur? - Hacı Şahin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalıda yeni məscid: belə məscid olur? - Hacı Şahin

Belə bir məscid Azərbaycan memarlığına uyğun deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli erməni jurnalist Bella Lalayanın Xocalı aeraportu yaxınlığında məscidin açılışının olması və burada qurban kəsilməsi barədə sosial şəbəkələrdə paylaşdığı məlumatı şərh edərkən deyib.

Məscidin yayılan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan fotosundan danışan Hacı Şahin bildirib ki, məscid adı ilə yayılan görüntünün Azərbaycan arxitekturasına qəti aidiyyəti yoxdur:

“Bu, xristian abidələrini xatırladan bir tikilidir. Azərbaycanda belə dizaynda məscid yoxdur”.

Hacı Şahin sonda vurğulayıb ki, Xocalıda məscidi Azərbaycan özü vaxtı çatanda inşa edəcək.

Qeyd edək ki, Xocalı aeroportu yaxınlığında inşa edildiyi iddia olunan “məscid” haqda məlumat və foto bir müddət öncə yayılsa da, saytımızın sorğusuna cavablarında rəsmi qurumlar bu haqda heç bir səhih məlumata malik olmadıqlarını bildiriblər.

Tarix
2021.06.07 / 16:21
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla