Yuxarı

Somali səfiri: Ağdama səfər ikili təəssürat yaratdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Somali səfiri: Ağdama səfər ikili təəssürat yaratdı

Bu gün Ağdama səfərimiz əla bir fürsət idi, çünki burada kədərli tarixdən yeni tarixə, yeni başlanğıca keçidin şahidi olduq. Azərbaycan hökumətini ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik edirəm.

Axar.az xəbər verir ki, bunu Somalinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Cama Abdullahi Məhəmməd deyib.

Diplomat Ağdama səfərin onda ikili təəssürat yaratdığını deyib:

“Bir tərəfdən məhv edilmiş və əhalisi qaçmağa məcbur qalmış şəhəri görürük. Buna görə bu şəhərin kədərli bir tarixə sahib olması təəssüratı yaranır. Ancaq sevindirici təəssürat odur ki, əhali bura qayıdır və onlar burada şəhərlərini yenidən quracaqlar”.

Səfir, həmçinin Ağdamdan və Qarabağdakı digər şəhərlərdən qaçmaq məcburiyyətində qalan insanların geri qayıtdıqlarına görə sevindiyini deyib.

“İnsanlar evlərinə qayıdır, evlərini bərpa edir və buna görə Azərbaycan xalqını və hökumətini təbrik edirik”, - diplomat deyib.

O, həmçinin Qarabağın işğaldan azad edilməsinin tarixi bir an olduğunu bildirib:

“Mən də bu tarixi məqamda Azərbaycanda səfir olduğum üçün çox qürur duyuram”.

Xatırladaq ki, səfir bu gün digər xarici diplomatik korpusun nümayəndələri ilə birgə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib. Səfər çərçivəsində diplomatlar ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar. Sonra qonaqlar Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlinin qoyulduğu əraziyə gəliblər.

Tarix
2021.06.13 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla