Yuxarı

Göyçayda şəhidimizin adına bulaq tikildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd sakini, Vətən müharibəsi şəhidi Həsən Bayramovun əziz xatirəsinə tikilən bulağın açılışı olub.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, açılışda rayon rəhbərliyi, şəhidin qohumları, döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid H.Bayramov orta məktəb təhsilini bitirdikdən sonra Göyçay Peşə Liseyinə daxil olub. O, bu il həmin liseyin məzunu olduğundan onun adına olan məzun diplomu ailəsinə təhvil verilib.

Çıxışlar zamanı qeyd edilib ki, Həsən Ağaisa oğlu Bayramov 22 iyun 2001-ci ildə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində anadan olub. O, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq II Qarabağ müharibəsinə qatılıb. Döyüşçümüz Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

13 dekabr 2020-ci ildə Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, şəhidin doğulub boya-başa çatdığı küçə də onun adını daşıyır.

Tarix
2021.06.22 / 13:20
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili

Sübhaninin təxribatçı iddiası... – XİN-dən açıqlama

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla