Yuxarı

Azərbaycanlı 14 ali məktəbə qəbul oldu - Rekord göstərici

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu - kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14 universitetə qəbul olub.

BANM-dan Axar.az-a verilən məlumata görə, o, müraciət etdiyi ABŞ-ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.

Məzunun bu uğuru Azərbaycan üzrə rekord göstəricidir.

Bildirilib ki, təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. Bu isə bakalavr məzunu üçün olduqca yüksək göstəricidir. Zahir Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də artıq bu cür yüksək nəticələr əldə etdiyi üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirakdan imtina edib. Onun seçimi ABŞ-ın Konnektikut Universiteti olub.

Zahir Ağayev 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanından 650 bal toplayaraq BANM-in kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. Ali məktəbi 91.09 ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirib.

Tarix
2021.07.13 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Zakir Həsənov yeni generallarla görüşdü

Azərbaycan bu şəxsi Rusiyaya təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla