Yuxarı

Mağazalarda nə üçün 30 qəpiklik çörək yoxdur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mağazalarda nə üçün 30 qəpiklik çörək yoxdur?

Dövlət çörəyin qiymətinin bahalaşmaması istiqamətində tədbirlər görür. Lakin əksər mağazalarda 30 qəpiklik zavod çörəyi tapmaq mümkün deyil. Çəkisindən asılı olaraq, təklif olunan çörəyin qiyməti 40-50 qəpikdən başlayır. Çörəyin gündəlik istehlak olunan məhsullardan olduğunu nəzərə alsaq, bu da aztəminatlı ailələrin dolanışığına müəyyən qədər təsir göstərir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən millət vəkili Vüqar Bayramov çörəyə olan tələbin ödənilməsində yerli istehsalla yanaşı, idxalın payının da kifayət qədər olduğunu bildirib.

Onun sözlərinə görə, idxaldan asılılıq azaldılsa, taxıl istehsalçıları ilə yanaşı, un, çörək və un məmulatı istehsalçılarına müəyyən güzəştlər edilsə, o zaman çörəyin qiyməti də optimallaşar:

"Nəzərə alsaq ki, pandemiyadan əvvəlki il Azərbaycan 1 milyon 396 min ton buğda idxal etmişdi, bu, 297 milyon dollar vəsaitin xərclənməsi deməkdir. Eyni zamanda, buğda idxalı ilə yanaşı, Azərbaycan xarici ölkələrdən buğda unu da idxal edib. Bu da ondan xəbər verir ki, bütövlükdə una və taxıla tələbatın ödənilməsində idxal yenə xüsusi paya malikdir. Tələbin tamamilə yerli istehsal hesabına formalaşa bilməməsi qiymətlərə təsir göstərən faktorlardan biridir. Eyni zamanda, ölkədə yetişdirilən taxılın bir hissəsi un məqsədilə alınmır. Bunun da əsas səbəbi keyfiyyət göstəricilərinə uyğun olmamasıdır. Nəticə etibarilə də bu, sahibkarların xərcinə birbaşa təsir göstərir. Təbii ki, çörək Azərbaycanda gündəlik istehlak olunan məhsullardan biridir və onun qiymətinin artmasının istehlak bazarına psixoloji təsirləri var. Bu baxımdan, çörəyin qiymətinin aşağı salınması və ya stabilləşməsi baxımından ilk növbədə idxaldan asılılığın aradan qaldırılması çox vacibdir. Bunun üçün fermerlərin taxıl fondu tərəfindən alına biləcək keyfiyyətli taxıl istehsalının təşfiqi üçün də işlərin genişləndirilməsinə ehtiyac var. Taxıl strateji məhsul olduğu üçün ona 2 dəfə daha çox subsidiya ödənilir. Amma daha məqsədəuyğun olardı ki, subsidiya mexanizmi genişləndirilsin. Yalnız taxıl yetişdirən deyil, un, çörək və çörək məmulatları istehsal edən saibkarlar da müəyyən güzəştlərdən faydalansınlarlar. Onlara güzəştlərin edilməsi, xərclərin də azalmasına gətirib çıxaracaq. Dolayı yolla bu da çörəyin qiymətinə təsir edəcək. Daha məqsədəuyğun olardı ki, bu istiqamətdə təşfiq pakertlərinin genişləndirilməsi müzakirə olunsun".

Tarix
2021.07.21 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

ABŞ başa düşməlidir: Azərbaycanlılar onu istəmir!

Nəsimi Nəbizadə ilə bağlı bütün suallara aydınlıq gətirildi

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla