Yuxarı

Şəkidə şəhid ailələri üçün tur-aksiya keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkidə şəhid ailələri üçün tur-aksiya keçirildi

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində şəhid ailələrinin 1-ci maarifləndirici tur-aksiyası keçirilib.

Qurumun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, maarifləndirici-tur aksiyada şəhid ailələri başda olmaqla Şəki şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyəti və fəal üzvləri iştirak edib.

Çıxış edənlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan söz açlblar.

Maarifləndirici tur-aksiya ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Layihələr üzrə koordinatoru Məhəmməd Məmmədov qeyd edib ki, şəhid ailələrinə diqqət və qayğı yönümündə bu cür maarifləndirici tur-aksiyasını həyata keçirməkdə əsas məqsəd 30 il həsrətini çəkdiyimiz torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğurunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq müqəddəs şəhidlik şəhadətinə qovuşmuş şəhidlərimizin ailələrinə mənəvi dəstək verməkdir.

Qurum rəsmisi onu da bildirib ki, Birlik tərəfindən şəhid ailələri, qazilərə, Vətən müharibəsi iştirakçılarına ictimai, sosial, mənəvi dəstək yönümlü layihə və tədbirlər gələcəkdə də davam etdiriləcək.

Tarix
2021.07.25 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Mikayılovu buna görə işdən azad edib - Cinayət

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla