Yuxarı

İkinci ali təhsilə sənəd qəbulunun vaxtı uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetində ikinci ali təhsilə sənəd qəbulunun vaxtı 31.08.2021 tarixinədək uzadılıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2021/2022-ci tədris ili üçün aşağıda göstərilən ixtisaslara ikinci (təkrar) ali təhsil üzrə qəbul elan edir:

İqtisadiyyat *

Maliyyə *

Mühasibat *

Menecment

Turizm işinin təşkili *

Marketinq

Biznesin idarə edilməsi

Beynəlxalq ticarət və logistika

İnformasiya texnologiyaları

Kompyuter mühəndisliyi *

Ekologiya

Biologiya

Meşəçilik *

Politologiya *

Beynəlxalq münasibətlər

Dövlət və Bələdiyyə idarəetməsi

Psixologiya *

Fəlsəfə

Tarix *

Sosial iş

Dizayn

Filologiya

Tərcümə

(Qarşısında * işarələri qoyulmuş ixtisaslarda həm də qiyabi təhsil forması mövcuddur)

Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəl aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;

- əmək kitabçasının surəti (işlədiyi halda);

- 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- şəxsiyyət vəsiqəsinin surəti;

- Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti

- Sağlamlıq haqqında arayış

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

II ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə II ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil əyani, qiyabi və distant təhsil formalarında həyata keçirilir.

Təhsil Azərbaycan və rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.

Sənədlər 01.06.2021 -ci il tarixdən – 31.08.2021-ci il tarixədək qəbul olunur.

Ünvan: Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi, III paralel/21

Əlaqə nömrələri: (012) 565-39-76 / daxili - 114

Elektron ünvan: [email protected]

Tarix
2021.08.17 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Şuşaya getdi - Foto

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla