Yuxarı

O Taydan "Təbriz" nəfəsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O Taydan "Təbriz" nəfəsi...

TƏBRİZ

Özümü itirdiyim yerdəyəm…
Santım-santım tapılmağım gəlir,
Sürgünlüyündə Təbrizin.
Mısığın sallamış, adreslər
dustaq qoxulu xiyabanlarında
"şəhidlərinə" darıxır daş ürəyi,
özgürlüyün darıxdığı hər yerdə Təbriz var…
və təbrizsizləyən hər boğazda lallığını yaşayır insanlığın uzun dili…
Urmuda
Qarabağda
və Təbrizdə,
Təbriz də
Təbrizsizliyini yaşayır…
qarınlar Təbrizi satır
kimisi çörək alır kimisi güllə kimisi qan
kimisi də qarnına daş bağlayır,
Təbrizi başında saxlayır
darların körpülərin bayraqların...
başlarında Təbriz, başdaşlarından tikilib…
Arazı aşan körpüdə Şəhidlər xiyabanı
bülbüllər Təbrizi geyirlər toylarında və…
Qarabağda güllər Təbrizi soyunurlar!
güllələrilə sevişəndə
və Təbrizə yerikləyir yaslı analar,
ağızlarındaki hər acı Təbriz dadı verir ...
Təbrizin santım- santımında
Təbrizi daşıyırTəbriz,
Təbrizi eyidir,
Təbrizi böyüdür,
Təbriz doğur,
Təbriz yenə Təbriz olur, Təbriz…

Balaca Qara balıq
Balaca qara balıq olmamışdım,
Yox…
Amm Arazın ən dərinindəydim, boğulmadım mən niyə!
Toyum da oldu hələ
Kiminlə sevişdiyimi unutdum ama...
İndisə gəbəyəm gəbə…
Bugün sabahdır, uşağım gələ
balıq olmamışam hələ…
amma boğulmamışam da
Arazın dərinlərində!
Uşağım da elə Arazda doğulacaq
Onun adı
"balaca qara balıq" olacaq...

Tarix
2014.01.07 / 08:00
Müəllif
Mehsa Mehdili Berzin
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla