Yuxarı

Deputat başçıya zəng etdi: Günahkar cəzalandırılsın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat başçıya zəng etdi:

Oğuz rayonunda şəhidlərimizə və dövlət atributumuza qarşı edilən hörmətsizlikdən xəbərdaram. Az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım və bu hörmətsizliyi edən şəxsin şəhid ailələrindən üzr istəməsini və ciddi şəkildə cəzalandırılmalı olduğunu bildirdim.

Bu sözləri Axar.az-a açıqlamasında Oğuz rayonunun deputatı Aqiyə Naxçıvanlı sözügedən rayonun icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizin məzarı üzərindən əklil və bayraqlarımızın zibilliyə atılması ilə bağlı “əmr”indən danışarkən deyb. Deputat bildirib ki, məsələ diqqətindədir:

“Mənə orada təmir işlərinin getdiyini, əklil və bayraqların buna görə götürüldüyünü demişdilər. Amma təbii ki, bunlar bəhanədir və istənilən halda şəhid ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir.

Bir az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım. Etibar Yusifov adlı bu şəxsin şəhid ailələrindən üzr istəməsini və onun çox ciddi şəkildə cəzalandırılmasını istədim.

Şəhidlər bizim üçün müqəddəsdir, onlara toxunmaq, onlarla bu cür “zarafat”lar eləmək olmaz. Təmir məsələsi doğrudursa, valideynlər dərhal çağırılmalı, onlara bu addımı atacaqları ilə bağlı məlumat verilməli idi. Bu diqqətsizliyə, hörmətsizliyə yol verilməməli idi.

Bu insanlar hələ özlərinə gəlməyib, yaraları hələ çox təzədi. Bu ağrıların üzərindən bir də bu cür hörmətsizlik etmək yolverilməzdir.

Hazırda bir neçə təşkilat və şəxsən mən özüm bu məsələ ilə məşğulam. Kimliyindən asılı olmayaraq bu hərəkəti edən şəxs öz töhmətini, öz cəzasını mütləq almalıdır!”

Qeyd edək ki, Oğuz rayonunda şəhidimiz Məhəbbət Paşayevin atası Vaqif Paşayev rayonun Şəhidlər Xiyabanında şəhid məzarları üzərindən təzə əklillərin və bayrağımızın zibilliyə tullanmasını əks etdirən video paylaşıb.

Tarix
2021.09.07 / 12:02
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla