Yuxarı

AXC-nin elan edildiyi bina bərpa olunur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AXC-nin elan edildiyi bina bərpa olunur - Foto

Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi binada bərpa-restavrasiya işləri intensiv şəkildə aparılır.

Axar.az xəbər verir ki, hazırkı Milli Gənclər Sarayının binasının bərpası layihəsini Tiflis İnkişaf Fondu “Yeni Tiflis” proqramı çərçivəsində həyata keçirir.

Qurumdan bildirilib ki, hazırkı mərhələdə tarixi binanın dam örtüyü bərpa olunur, fasadın rənglənməsi, daxili kommunikasiyalar, su təchizatı və kanalizasiya sistemlərinin qurulması işləri aparılır. Həmçinin tikilinin interyerində dekorativ naxışlar və taxta qapı-pəncərələr də restavrasiya edilir.

Qeyd edək ki, layihənin dəyəri 33,7 milyon lari (10,8 milyon ABŞ dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa çatdırılacağı gözlənilir.

Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın 28-də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib. Restavrasiya işləri çərçivəsində lövhənin də yenilənməsi nəzərdə tutulub.

Tarix
2021.09.21 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla