Yuxarı

Rövşən Əkbərovun məhkəməsi yenə təxirə düşdü - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövşən Əkbərovun məhkəməsi yenə təxirə düşdü - Səbəb

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Axar.az xəbər verir ki, buna səbəb hakimlərdən biri olan Elbəy Allahverdiyevin koronavirusdan müalicəsinin davam etdirilməsi ilə bağlıdır.

Sentyabrın 14-dən koronavirusa yoluxan Elbəy Allahverdiyevin vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarəti altında müalicə alan hakimin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Prosesə məhkəmənin sədri Həbib Həsənov sədrlik edir.

Sonuncu dəfə sentabrın 15-də məhkəmə prosesi təxirə salınmışdı. Buna səbəb E.Allahverdiyevin koronavirusa yoluxması olub.

İttihama görə, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış münaqişə səbəbindən onun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Tarix
2021.09.29 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla