Yuxarı

Paşayeva komitə sədrini Xocalı soyqırımını tanımağa çağırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistan Ali Məclisi Senatının Mədəniyyət və İdman Komitəsinin sədri Bəxtiyar Seyfullayev ilə görüşüb.

Axar.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Komitə sədri özbək həmkarı ilə görüş və müzakirə aparmaqdan məmnunluğunu bildirib.

Qənirə Paşayeva həmkarına Xocalı soyqırımı ilə bağlı faktları əhatə edən rəsmi materialları təqdim edib, bu mövzunu gündəmdə saxlamağı xahiş edib:

“Dünyanın bir çox ölkəsi, bəzi beynəlxalq qurumlar, parlamentlər, bələdiyyələr Xocalı soyqırımını tanıyan sənədlər qəbul edib, biz Özbəkistan parlamentindən də belə bir münasibəti arzu edirik”.

Özbəkistan Ali Məclisi Senatının komirə sədri azərbaycanlı həmkarını Özbəkistanda salamlamaqdan məmnun olduğunu bir daha bildirərək, onu 44 günlük müharibədəki tarixi Zəfər münasibəti ilə təbrik edib, qaldırılan mövzulara həssaslıqla yanaşılacağını bildirib.

Qənirə Paşayeva “Addım addı Özbəkistan” kitabını da komitə sədrinə hədiyyə edib.

Tarix
2021.10.31 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi

Erməni “Zəngəzura iddia edirlər” dedi – Zaxarovanın cavabı

Sübhani dəhlizdən danışdı: Tehran Bakıya alternativ təklif edib

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

Bakıdakı Rus Evi ilə bağlı buna hazırıq - Zaxarova

Azərbaycan Rusiyaya nota göndərdi

İlham Əliyev fərman imzaladı

Prezident minimum pensiyanın artırılmasını təsdiqlədi

Azərbaycan Məhəlləsində qorxulu anlar: nazir belə qaçdı - Video

Bakıdan tələb almışıq - Primakov təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla