Yuxarı

Qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Axar.az-a verilən məlumata görə, AQTA əməkdaşları DİN və yerli icra orqanlarının əməkdaşları ilə birgə Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reyd keçirib. Reyd zamanı sanitar norma və qaydalara uyğun olmayan şəraitdə, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirilən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin heyvan kəsiminin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qeyd olunan məntəqələrin fəaliyyəti nəzarətə götürülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Tarix
2021.11.29 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla