Yuxarı

Qəzaya uğrayan helikopter nə vaxt təmir olunub? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya uğrayan helikopter nə vaxt təmir olunub? - Rəsmi

Nobayrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan DSX-nin hərbi helikopterinin hansı ildə istehsal olunduğu açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov Haqqin.az-a danışıb.

Qurum rəsmisi bildirib ki, bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib:

“Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-ci ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib”.

Qeyd edək ki, DSX rəisi, general-polkovnik Elçin Quliyevin məlum qəza ilə bağlı keçirdiyi brifinqdə helikopterlə əlaqədar danışarkən səsləndirdiyi “Helikopter yeni idi, üzərində qısa müddət öncə təmir işləri aparılmışdı” fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Tarix
2021.12.07 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla