Yuxarı

TQDK müsabiqənin nəticələrini elan etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TQDK müsabiqənin nəticələrini elan etdi

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Axar.az-a verilən xəbərə görə, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2202 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3171 abituriyent ərizə təqdim edib.

Onlardan 1796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və keçid balları avqustun 12-də "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Qəbul olan abituriyentlər avqustun 12-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Tarix
2015.08.11 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla