Yuxarı

Qablaşdırılmış sular orqanizmə ziyandır? - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qablaşdırılmış sular orqanizmə ziyandır? - Xəbərdarlıq

Evlərimizə və iş yerlərinə aldığımız qablaşdırılmış sular böyrəklərimiz üçün zərərli ola bilər. Sifariş etiyimiz suların harada qablaşdırıldığı və tərkibinə hansı maddələrin qatıldığı məlum deyil. Araşdırmalara görə, bir çox su şirkəti xarab olmaması üçün satdıqları suların tərkibinə xüsusi soda qatır. Bu isə böyrəyimizə çox ciddi ziyan vura bilər.

Nefroloq Taleh Nağdəliyev Axar.az-a açıqlamasında bildirib ki, böyrəyi həssas olan insanlar içdikləri suyu mütləq laboratoriyadan keçirməlidirlər.

“Satılan suların tərkibində adətən minerallar çox olur. Böyrək xəstələrinə isə əlavə mineral qəbulu məsləhət deyil. Xəstə suyun tam mineral tərkibi olduğuna dəqiq əmindirsə, istifadə edə bilər. Çünki mineral sularda kalium var. Böyrək xəstələrinə isə kalium olmaz. Laboratiyadan keçirmədən suyun tərkibinin zərərli olduğunu demək də mümkün deyil”, - nefroloq deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, elm genetik səviyyədə orqanizmə hansı suyun lazım olduğunu hələ araşdırıb tapmayıb:

“Bu səbəbdən heç kəs deyə bilməz ki, baha qiymətə satılan qablaşdırılmış su birbaşa krantdan yığılır, yoxsa təmizlənmiş sudur. Ölkənin əmtəə bazarında litri 40 qəpikdən 10 manata qədər olan su var. Əgər suyun tərkibi H2O-dursa, nə üçün bu qədər qiymət fərqi var? Bütün bu məsələlər hamısı sual altındadır. 10 il əvvəl Azad İstehlakçılar Birliyi 12 suyun primitiv analizini apardı və nəticələri mətbuatla paylaşdıq. 1 həftə ərzində 3 şirkət tərəfindən məhkəməyə verildik”.

E.Hüseynovun sözlərinə görə, su filtirçiləri də vəziyyətdən xüsusi istifadə edirlər:

“Filtirçilər yalançı təcrübələr keçirirlər ki, guya içdiyimiz sular təhlükəlidir. Bu səbəbdən suyu təmizləyərək qablaşdırıb satan insanlar da hər cür yola əl atırlar. Çünki suyu gözlə görüb qoxlamaqla heç nəyi ayırd etmək olmur. Suya əlavə maddələrin, sodaların qarışdırılması məsələsinə AQTA nəzarət etməli, araşdırma aparmalıdır”.

Tarix
2021.12.23 / 08:30
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla