Yuxarı

Ağır mənzərə ilə qarşılaşa bilərik: gündə 4 min yoluxma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizdə də digər ölkələrdəki kimi yoluxma sayının sürətlə artması ehtimalı yüksəkdir.

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

Mütəxəssis bildirib ki, əgər həkim çatışmazlığı yaşamasaq, çarpayı sayı kifayət edərsə, rəqəmlər lap 5, 6 min də olsa qapanmalara gedilməcəyək:

"COVİD-19-un birinci ştammına yoluxmuş şəxs bir-iki nəfəri yoluxdururdu, ikincidə, hər yeni ştammda bu rəqəm iki dəfə artdı. Delta ştammında bir nəfərin yoluxdurma qabiliyyəti 8 nəfərə qədər idi. ÜST-ün infeksion yoluxma dərəcəsini təyin edən cədvəlləri var, orada Omikronda artıq bu rəqəm 10-dur. Bu ştammın yüksək yoluxduruculuq qabiliyyəti var. Bu baxımdan yəqin ki, bizdə də yoluxanların qısa müddətdə artma ehtimalı var. Ona görə də əhaliyə bildirilir ki, buster dozanın sürətli aparılmasına çalışsınlar. Əks halda, ağır mənzərə ilə qarşılaşa bilərik. Rəqəmlər yüksək olacaq, hamı yoluxacaq, amma xəstəliyin gedişatı ağır olmayacaq.

Vaksinasiya bu ştamma qarşı çox effektli olduğuna görə ağırlaşmalar olmayacaq. Biz ağırlıq dərəcəsini stansionarda çarpayı sayı ilə hesablayırıq - boş, dolu çarpayı sayına görə hesablayırıq. Əgər yerimiz yoxdursa, bu o deməkdir ki, vəziyyət kritikdir. Rəqəmin yüksək və yaxud da aşağı olması bizim üçün maraqlı deyil. Rəqəm yüksək ola bilər, amma ağır xəstələrin artacağı proqnozlaşdırılmır. Çünki böyük əksəriyyəti artıq vaksinasiya prosesindən keçib.

Bizdə də Gürcüstandakı vəziyyətin (Gürcüstanda ötən sutkada koronavirusa 8 728 yeni yoluxma halı qeydə alınıb - red.) təkrarlanacağını düşünmürəm. Amma bizdə də məktəblər, universitetlər açıqdır. Qısa zamanda yoluxma sayı 3, 4 minə çata bilər. Amma yenə də ağırlaşma yoxdursa, bu, bizim üçün qorxulu rəqəm deyil.

Lakin rəqəmlərin bu həddə çatması bizdə yenidən sərt karantin rejiminin tətbiqinə səbəb ola bilər. Yenə də xəstəliyi ağır keçirənlərin sayı artsa, əhaliyə xidmət gücümüz çatmasa o halda sərt karantin rejiminə ehtiyac yarana bilər. Amma əks halda buna ehtiyac yoxdur. Əgər həkim çatırsa, çarpayı kifayət edirsə, rəqəmlər lap 5, 6 min də olsa, qapanmalara gedilməcəyək. Amma stansionarda vəziyyət kritik hala çatan kimi dərhal qapanmalara gediləcək. Çünki başqa yola uoxdur. Çarpayı sayının azalması ağır xəstələrin artaması demək olacaq.

Yoluxma sayının o həddə çatmasının və stansionarda vəziyyətin acınacaqlı həddə çatmasının qarşısını almaq üçün ən əsas tədbir vaksinasiyadır. Çünki vaksinli orqanizmdə virus mutasiyaya uğraya bilmir. Ağır xəstələrin artmaması, qapanmalara getməmək üçün ancaq vaksinasiyaya ehtiyac var. Həmçinin pandemiyanın da bitməsi üçün yeganə yol vaksinasiyadır".

Tarix
2022.01.19 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla