Yuxarı

Xızıda namus üstə qətlin şok - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xızıda namus üstə qətlin şok - Təfərrüatı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Cəbrayıl rayon sakini Rahib Əliyevə hökm oxunub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu il yanvarın 28-də Xızı rayonunda Rahib Əliyev "Makarov" markalı tapançadan atəş açmaqla rayon sakini Osman Şirinovu qətlə yetirib. Sonra qayınatasının evində olan uşaqları ilə vidalaşıb könüllü təslim olub.

İlkin dindirmə zamanı Əliyev göstərib ki, Şirinovu həyat yoldaşı ilə intim əlaqədə olduğuna görə öldürüb.

O, 2005-ci ildə Xızı rayon sakini Aytən Nəsirova ilə evlənib. Yanvarın 24-də arvadı uşaqlarla ondan xəbərsiz rayona - atası evinə gedib. Bir gün sonra övladlarını orada qoyaraq Bakıda yaşayan xalasının evinə gəlib. Bu barədə heç kimə deməməsini xahiş edib.

Həmin gün onun atası qızının axtarışına başlayıb. Rahibə zəng edərək, Aytənin heç nə demədən evdən çıxıb getməsini bildirib.

Bu ərəfədə Rahibin qonşusu Ceyhun Məmmədov ona arvadı ilə bağlı deyib ki, işdə olarkən onların mənzilində naməlum şəxs gecələyib.

Səhər gedəndə isə o, həmin adamın qarşısını kəsərək kimliyi ilə maraqlanıb. Cavabında sonuncu bunun şəxsi işi olduğunu bildirib, mübahisə yaranıb. Həmin an digər qonşusu Mənsur bu şəxsi telefonuna çəkib.

Danışıq əsnasında həmin şəxs Xızıdan olduğunu deyib, Ceyhun isə onu xəbərdar edib ki, o, bir də bu ərazidə görsənsə, həmin görüntü qadının ərinə veriləcək.

Həmin vaxtdan Ceyhun bu haqda Rahibə danışmaqdan çəkinib və buna görə ondan üzr istəyib. Lakin Rahibin təkidi ilə Ceyhun telefondakı görüntünü ona göstərib.

Elə o gün Rahib Qarabağ münaqişəsi vaxtından gətirdiyi və evdə saxladığı tapançanı götürüb, qayınatasının evinə yollanıb. Sonuncuya telefonuna köçürdüyü naməlum şəxsin görüntüsünü göstərməklə, onun namusuna toxunduğunu bildirib.

Rahib Osman Şirinovun işlədiyi marketə gəlib, hazır vəziyyətdə saxladığı tapançanı ona tuşlayaraq 3 dəfə atəş aşıb, sonra isə taksiyə əyləşib qayınatasının evinə gəlib.

Zərərçəkən Hüseyn Şirinov isə ifadəsində təqsirləndirilənin dediklərini təkzib edib.

Məhkəmənin hökmü ilə R.Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2015.08.21 / 10:22
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı

Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla