Yuxarı

Gömrükdə “suvenir” əməliyyatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə “suvenir” əməliyyatı

Soyuq silahı "suvenir" kimi gömrükdən keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Axar.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın Muradov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmağ"a bənzər əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı Y.Muradova məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından 2 ədəd qara rəngli metaldan hazırlanmış "beşbarmaq" aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı Y.Muradov izahatında bildirib ki, baqajından aşkar olunan "beşbarmaq"ları Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar kustar üsulla "beşbarmaq" tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdırlar.

Faktla bağlı təhqiqat aparılır.

Tarix
2015.08.21 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla