Yuxarı

Lənkəranda ərini bıçaqlayan arvad niyə tutulmayıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda ərini bıçaqlayan arvad niyə tutulmayıb?

Lənkəranda arvadın ərini bıçaqlamasının təfərrüatı məlum olub.

Axar.az-a rayondan verilən məlumata görə, 28 yaşlı Elmar Məmmədovun həyat yoldaşı ruhi xəstə olub.

Onların arasında mübahisə yaranıb və qadın ərini vurub. İstintaqa ifadəsində E.Məmmədovun yoldaşı əməlini etiraf etməyib və ərinin ehtiyatsızlıqdan özünə zərər yetirdiyini bildirib.

Əldə etdiyimiz məlumata görə, cinayəti törədən qadın ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

E.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çoxlu qan itirmə, ikibaşlı əzələnin dərin kəsilmiş-deşilmiş yarası diaqnozu və şok vəziyyətində daxil olub. E.Məmmədovun üzərində aparılan əməliyyat tədbirlərindən sonra vəziyyəti stabilləşib. Rayonun Şilavar kənd sakini olan E.Məmmədov ailəsi ilə birlikdə şəhərdə kirayədə qalır.

Tarix
2015.08.23 / 11:23
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla