Yuxarı

Bakıda marixuanalı içki satılır: qiyməti 3,89 AZN - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt mağazalarının birində üzərində marixuananın şəkli olan içki satılır. Hətta içkinin üzərində tərkibini bildirən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olduğu qeyd edilib.

Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?

Bakupost.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, görüntülər paytaxtdakı marketlərdən birində lentə alıb.

3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərində tərkibini bildirən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.

Mağaza rəhbərliyindən məhz üzərində narkotiki təbliğ edən içkinin açıq satışı ilə bağlı mövqe öyrənməyə çalışdıq.

Mağazadan bildirildi ki, içki dövlət qurumlarından alınan rəsmi sənədlər əsasında satışa çıxarılıb.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.

Qida ekspertləri isə vurğulayır ki, məhsulun üzərində açıq şəkildə xaşxaş bitkisinin olması onu tərkibində bu maddədən istifadə olunduğunu göstərir. Bu isə istehlakçılarının hüququnu pozmur. Amma burda olan incə detal bu maddənin həmin məhsulun tərkibində hansı formada və hansı ölçüdə istifadə olunmasıdır.

Ekspert Fuad Ağayev qeyd edib ki, əgər müayinə zamanı həmin maddənin ölçüsü 0,3 faizdən çox olarsa, bu birbaşa həmin standartların pozulması və bu məhsulun psixostimulyatora aid olduğunu göstərəcək. Yox əgər tərkibdəki xaşxaşın miqdarı 0,3 faizdən aşağı olarsa, bu sadəcə qida əlavəsi sinfinə aid olur və istifadəsində heç bir qadağa yoxdur. Hətta bir çox ölkədə spirtli içkilərdən tutmuş digər qida tərkiblərində də yağ formasında xaşxaşdan istifadə olunur.

Hüquqşünaslar isə bildirirlər ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır. Bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyırlar.

Tarix
2022.02.17 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla