Yuxarı

Qayınananı girov götürənlər həbs edilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qayınananı girov götürənlər həbs edilə bilər

Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, şəxsi girov götürmə və ya saxlama 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, 10-12 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu hüquqşünas Müzəffər Baxışov toyda borca görə girov saxlanan qayınana ilə bağlı hüquqi şərh verərkən deyib. Hüquqşünas teleqraf.com-a bildirib ki, məclis səbəbkarlarından kiminsə restoran sahibi tərəfindən girov götürülməsi əməli tamah niyyəti ilə tövsif olunur:

"Cinayət Məcəlləsinin 215.2 maddəsi ilə on ildən on iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Restoran sahibi belə vəziyyətə düşməmək üçün əvvəlcədən toy sahibi ilə müqavilə bağlamalı idi və yaranmış hər hansı xoşagəlməz vəziyyətdə məhkəməyə müraciət etməli idi. Ancaq borcun qaytarılmadığı təqdirdə vətəndaşın girov götürülməsi artıq tamah məqsədilə edilmiş cinayət sayılır ki, bu zaman restoran sahibi özü məsuliyyət daşıyır".

Qeyd edək ki, Şabranın "Savalan" restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisə yaşanıb. Toy sahibinin qayınanası girov götürülüb.

Tarix
2015.08.24 / 23:40
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla