Yuxarı

Məhkəmədə uduzdu, vəkili bıçaqladı – Gəncədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmədə uduzdu, vəkili bıçaqladı – Gəncədə

Gəncədə məhkəmədə məğlub olan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub. Hadisə Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb.

Axar.az xəbər verir ki, biçaqlanma hadisəsi məhkəmədə keçirilən boşanma prosesindən sonra baş verib. Vəkillər Kollegiyasının üzvü, 49 yaşlı Xatirə Cəbrayılova qadın tərəfi müdafiə edib və məhkəmə onların lehinə qərar verib. Daha sonra hər iki tərəf Gəncə Hüquq Məsləhətxanasında vəkil Xatirə Cəbrayılovanın iştirakı ilə görüşüblər. Qarşı tərəf vəkilə alimentin çox kəsildiyini bildirib və yaranan mübahisə zəminində vəkilə 6 bıçaq zərbəsi endirib.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərbələr vəkilin əsasən döş qəfəsinə və qoluna dəyib. Hazırda yaralının vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Tarix
2015.08.25 / 21:26
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla