Yuxarı

İranın “klon”laşdırdığı ABŞ şirkətləri - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın “klon”laşdırdığı ABŞ şirkətləri - Siyahı

İranda ABŞ-ın məşhur şirkətlərinin "klon"u fəaliyyət göstərir.

Axar.az fins.az-a istinadən xəbər verir ki, İslam inqilabından əvvəl "Makdonals" İranda fəaliyyət göstərib. Amma 1979-cu ildən sonra ölkəni tərk etməli olub. Dünyaca məşhur ABŞ şirkətləri İrana girə bilməsə də, İran amerikansayağı "Makdonals" və "Koka-Kola"nı milliləşdirə bilib.

İranda yeni "Makdonals"ın bütün simvollarını daşıyan "Maş Donalds" şirkəti yaradılıb. Şirkət nümaynədələri bildirir ki, burada amerikan şəbəkəsinin avtomsferini yaratmağa çalışıblar. Səbəb isə əhalinin "Makdonals"ı tanıması, sevməsidir. Hətta orada satılan mallar, məşhur hamburqerlər də amerikan şirkətinin məhsullarıdır.

"Koka-Kola" əvəzinə milli "Nüşabə"

İnqilabdan sonra "Koka-Kola" şirkəti də İranı tərk etməli olub. Amma İran bu bazarı da boş qoymur. İranda "Koka-Kola" məhsulları "Nüşabə" adı ilə buraxılmağa başlanıb. 1994-cü ildə "Koka-Kola" özü bu zavoda məhsul buraxmaq üçün lisenziya da verib. Amma sonradan sanksiyaların zəifləməsi bu bazarda bir qədər qarışıqlıq yaradıb. Çünki ölkəyə əsl "Koka-Kola"lar da gətirililməyə başlanıb. İndi iranlılar içkiləri qablarına görə fərqləndirirlər.

"Pizza Hat" əvəzinə "Pizza Hutun"

"Maş Donalds"dan başqa, Tehranda "Kabooki Fried Chicken" şirkəti fəaliyyət göstərib. Bu şirkətin adının baş hərfləri ABŞ-ın KFC şəbəkəsinin adını təkrarlayır. Orada satılan məhsullar da eynen amerikanın KFC-sində olan məhsullarla eynidir.

Bundan başqa, Tehranda "Pizza Hat" əvəzinə "Pizza Hutun" da fəaliyyət göstərir.

Tarix
2015.08.26 / 08:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla