Yuxarı

Bakıda qanlı atışmanın - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qanlı atışmanın - Təfərrüatı

Bu gecə saat 3 radələrində Bakıda atışmada öldürülən şəxs keçmiş polis əməkdaşı olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.

Daha sonra R. Həsənov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilə çırpıb. Nəticədə R. Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən R. Həsənov saxlanılıb. Polisdən bildirilib ki, qətlə yetirilən N. İbrahimov keçmiş polis əməkdaşıdır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xatırladaq ki, bu haqda ilk məlumatı aznews.az yayıb. Məlumatda deyilir ki, N.İbrahimov 8 güllə yarası alıb və hadisə yerindəcə keçinib.

Tarix
2015.08.28 / 11:45
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla