Yuxarı

Qız üstdə öldürülən sabiq polisin – Fotoları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qız üstdə öldürülən sabiq polisin – Fotoları

Bakıda dəhşətli qətlin yeni təfərrüatı üzə çıxıb.

Axar.az xəbər verir ki, Milli.az saytı keçmiş polis əməkdaşı Nadir İbrahimovun Rövşən Həsənov tərəfindən qız üstdə öldürüldüyü barədə məlumat yayıb. Sayt Nizami rayon Polis İdarəsindən öyrənib ki, tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.

Ancaq N.İbrahimovun Feysbuk səhifəsində paylaşdığı şəkillərindən görünür ki, o, ailəli olub. Onun qızı ilə birlikdə fotosu da var. Üstəlik, qətlə yetirilənin qatildən 7 yaş böyük olması, həmçinin əvvəlcədən tanış olmaları qız üstündə mübahisə ehtimalını sual altına qoyur. Sabiq polis işçisi bizneslə məşğul imiş.

Hadisə bu gecə saat 3 radələrində baş verib. 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.

Daha sonra R.Həsənov idarə etdiyi "Leksus" markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilinə çırpıb.

Nəticədə R.Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb.

Tarix
2015.08.28 / 13:35
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla