Yuxarı

Bakı Məhkəməsi İŞİD üzvlərini mühakimə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Məhkəməsi İŞİD üzvlərini mühakimə etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyadakı "İraq Şam İslam Dövləti" terror təşkilatının tərkibində vuruşmuş 5 Azərbaycan vətəndaşına hökm oxunub.

Axar.az "İnterfaks"a istinadən xəbər verir ki, məhkəmədə təqsirləndirilən Elşən Qurbanlı, Kamran Əzizov, Tural Məmmədov, Nadir Əlixanov və Bəhruz Rəsulov uzun müddətlik həbsə məhkum ediliblər.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması, onların silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchizatı, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak) və 283 (milli, sosial, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətləri) maddələr üzrə təqsirli biliniblər.

Məhkəmə qərarı ilə Kamran Əzizov və Tural Məmmədov 14,5 il, Elşən Qurbanlı və Nadir Əlixanov 13 il, Bəhruz Rəsulov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tərtib olunan aktın materiallarına görə, təqsirləndirilən şəxslər qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda şübhəli bilinən 26 Azərbaycan vətəndaşı sırasındadır. Onlar ötən ilin sentyabrında Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar.

Tarix
2015.08.31 / 16:24
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla