Yuxarı

Polis mayoru qatilinə nələr deyib? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis mayoru qatilinə nələr deyib? – Açıqlama

Nadir İbrahimovun ölümü ilə bağlı cinayət işi Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Axar.az xəbər verir ki, bunu polis mayoru Nadir İbrahimovu öldürən Rövşən Həsənovun vəkili deyib.

Vəkil Elxan Süleymanlı Təzadlar.az-a bildirib ki, müvəkkilinin kriminal aləmlə təmaslarının olması cəfəng iddiadır:

"Hadisə baş verəndən az əvvəl Nadir telefonda Rövşənə "səni və ailə üzvlərini, azyaşlı qızlarını ağzından güllələyəcəm", - deyərək ağır formada söyüb.

Qeyd edək ki, hadisə avqustun 28-də olub. Onlar mübahisəni həll etmək üçün paytaxtın Nizami rayonu ərazisində görüşüblər. Görüş zamanı Rövşən üstündə gəzdirdiyi "Makarov" markalı tapancadan ona 8 atəş açaraq xəsarət yetirib.

Nadiri güllələyən şəxs hadisə yerindən özünə məxsus "Leksus" markalı 10 VM 006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən "Şevrolet" markalı avtomobillə toqquşub.

Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. R.Həsənov sonradan könüllü təslim olub. Qətlin qız üstündə olduğu deyilir.

Tarix
2015.09.01 / 15:09
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla