Yuxarı

Polisin və qaçırdığı nişanlı qızın ailəsi danışdı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisin və qaçırdığı nişanlı qızın ailəsi danışdı – Video

Şabranda 19 yaşlı nişanlı qız toy ərəfəsində polis serjantı ilə qoşulub qaçıb.

Axar.az-ın ilk olaraq yaydığı bu xəbərlə bağlı Ayişə Poladovanın anası danışıb.

24 yaşlı polis serjantı Röyal Şıxveyisovla həmkəndli olan Ayişənin sevgisi uşaqlıqdan başlayıbmış. Amma qızın valideynləri onu Röyala yox, Rusiyada yaşayan xalası oğluna ərə verməyə hazırlaşıb.

Qız toyu olan, cehizləri ər evinə yola salınan Ayişə isə oğlan toyuna bir neçə gün qalmış valideynlərin qərarının əksinə çıxaraq öz sevgilisi Röyalla qaçmaq qərarına gəlib.

Ayişənin anası qızının bu addımından narazı görünsə də, sonda ona yalnız xoşbəxtlik arzulayır. Alidə Zəkiyeva deyir ki, Ayişə onu istəyib gedib, öz həyatıdır.

Ayişənin anasından fərqli olaraq Röyalın anası Sevda Şıxveyisova gənclərin qərarından məmnun görünür. Artıq valideynləri onlara toy da edib və gənclərin nikahı rəsmiləşdirilib.

"Gözüm üstə yeri var, hazırda onlar xoşbəxtdir. Qız sevdiyi üçün oğluma qoşulub qaçıb. Təbii ki, qız sevməsəydi qaçmazdı".

Qaldı ki, Ayişənin tərk edib gəldiyi xalası oğluna, onun üçün də bu hadisə yaxşı sonluqla bitib. Belə ki, onun da öz sevdiyi var imiş, artıq həmin xanımla evlənib. Bu hadisə "Yol əhvalatı" filminə daha çox bənzəyir.

Tarix
2015.09.03 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla