Yuxarı

Paşayeva bir qrup ziyalı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin ənənəvi vətəndaş qəbulu günündə yaradıcı ziyalılar - əməkdar artisti Qorxmaz Əlili, gənc musiqiçi Turan Məmmədli, gənc rəssam Nərmin Eybalıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Məhəmməd Qulamov, fəlsəfə dokturu, pedaqoq Mail Yaqub, rəssam Elşən Karaca, “Uğur” milli kamera ansamblının rəhbəri Şərqiyyə Mustafayeva və s. ilə görüşüb.

Axar.az xəbər verir ki, Q.Paçayeva yaradıcı aydınlara öz sənət, peşə və araşdırma fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, eləcə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə, gənclərin motivasiyasına töhfə verdiklərinə görə təşəkkür edib.

“Siz şəxsi nümunələrlə, öz işinizə məsuliyyətli yanaşmalarınızla təqdirəlayiq fəaliyyət göstərirsiz. Sizə təşəkkür edirəm", - millət vəkili vurğulayıb.

Komitə sədri görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb, qayğıları, planları ilə maraqlanıb.

Tarix
2022.04.25 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü başladı

Mirziyayevin rəsmi qarşılanma mərasimi oldu

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz...

Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...

Kreml Bakıya qarşı İrəvanı qoya bilməz – bəs, nə edəcək?

Zelenski sevincək Bakıya zəng etdi: bu, ona lazımdır - Rus ekspert

Peterburqda dava: Azərbaycanlı ailə deport edildi - Video

Bakıya verilən meyitlərə baxın, dəhşətdir - Rus ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla