Yuxarı

Erməni-azərbaycanlı davasında ölənin kimliyi məlum oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni-azərbaycanlı davasında ölənin kimliyi məlum oldu

13:59

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Virtualaz.org xəbər verir ki, dava-dalaş sentyabrın 13-də gecə şəhərdəki "Bariton" karaoke-barında olub. 10 nəfərdən çox adamın qatıldığı davada bir nəfər güllələnib.

Şahidlərin verdiyi məlumata görə, barın müştəriləri arasında baş verən insidentə "Bariton"un sahibinin oğlu da qoşulub və o, ov tüfəngindən atəş açaraq gənclərdən birini yaralayıb.

Bundan sonra yaralının dostları onu öz maşınları ilə xəstəxanaya aparıblar. Lakin bar sahibinin oğlu bununla da sakitləşməyib və öz dostları ilə həmin maşını təqib etməyə, təqib edə-edə həmin maşına atəş açmağa başlayıb. O, hətta xəstəxananın həyətində də atəş açmaqda davam edib. Daha sonra isə hadisə yerini tərk edib.

Yaralı xəstəxanaya çatanda keçinib. 21 yaşlı azərbaycanlı gənc boynundan aldığı güllə yarasından ölüb. Bar sahibinin 34 yaşlı oğlu isə həbs edilib.

"Bariton" barı Volqoqraddakı erməni biznesmenə məxsusdur.

14:32

Volqoqraddakı barda azərbaycanlılarla ermənilər arasında baş vermiş dava-dalaşın bəzi təfərrüatları bəlli olub.

Davanın baş verdiyi "Bariton" karaoke-barının erməni sahibinin oğlunun ov tüfəngindən açdığı atəş nəticəsində ölən şəxs milliyyətcə azərbaycanlı - Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğludur.

Tarix
2015.09.14 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla