Yuxarı

Avronest: “Azərbaycanın qərarına hörmətlə yanaşırıq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avronest: “Azərbaycanın qərarına hörmətlə yanaşırıq”

Avronest rəhbərliyi Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxmaq barədə qərarından təəssüfləndiyini bildirib.

APA-nın Avronestin saytına istinadən verdiyi məlumata görə, bu barədə Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidzenin birgə bəyanatında deyilir.

Onlar bildiriblər ki, Avronest PA artıq məsələdən məlumatlıdır:

"Azərbaycan Milli Məclisi rəsmi şəkildə Avronest həmsədrlərini məlumatlandırdıqdan sonra qurumun normal şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi addımlar atmaq məqsədilə vəziyyəti dərhal dəyərləndirəcəyik. Avronest PA Şərq tərəfdaşlığı proqramı üçün çoxtərəfli parlament qurumu olaraq qalır. O, Avropanın Şərq qonşularının Avropa İttifaqına siyasi və iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirmək məqsədilə açıq və inteqrasiya ruhunda fəaliyyət göstərməyə davam edəcək. Avronest PA-da iştirak etmək meyarlara cavab verən bütün əlaqədar Şərq tərəfdaşı ölkələrinin suveren və könüllü qərarıdır. Bu baxımdan biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bu qərar təəssüfləndiricidir və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikrilərini söyləməkdən məhrum edəcək. Bu qurumdan çıxmaq haqında qərar xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə vəziyyəti müzakirə etməyə hazır olduğumuzu bildiririk".

Tarix
2015.09.17 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla