Yuxarı

Məişət zəminində cinayətlərin acı - Statistikası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məişət zəminində cinayətlərin acı - Statistikası

Ailə münaqişəsi zəminində törədilən 392 cinayətin 198-i Bakıda baş verib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsində keçirilən müşavirədə bu statistika açıqlanıb.

Müşavirədə paytaxtın rayon polis idarə və şöbələrinin, bayır və ictimai təhlükəsizlik xidmətlərinin məsul əməkdaşları iştirak edib.

Tədbirdə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov çıxış edib.

Bildirilib ki, bu ilin birinci yarısında ailə münaqişəsi zəminində respublika üzrə 392 cinayət törədilib.

Bunun 198-i Bakı şəhərində baş verib. Göstərilən dövr ərzində ölkə üzrə profilaktik qeydiyyata götürülən 3344 münaqişəli ailənin 510-u Bakı şəhərinin payına düşür.

Tədbirdə müzakirə edilən mövzularla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrində edilmiş əlavə və dəyişikliklərin öyrənilməsi, məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və s. müzakirə edilib.

Müşavirə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun və "Ailə-məişət münaqişələri zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında" DİN-in müvafiq Kollegiya qərarının icrası məqsədilə keçirilib.

Tarix
2015.09.17 / 18:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla