Yuxarı

Azərbaycanlı adam qaçırıb 150 min istədi - İstanbulda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı adam qaçırıb 150 min istədi - İstanbulda

Ukrayna vətəndaşı 23 yaşlı Roman O. istirahət üçün getdiyi İstanbulda Azərbaycan əsilli Əli O. tərəfindən qaçırılıb.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli O. avqustun 31-də Romanın ailəsinə zəng edərək oğulları üçün 150 min dollar pul tələb edib.

Ailə bu hadisədən dərhal sonra İstanbul konsulluğu ilə əlaqə saxlayıb və oğullarının qaçırıldığını bildirib. Konsulluq isə polisə müraciət edərək hadisənin tez bir zamanda araşdırılmasını tələb edib.

Ailə ilə yenidən əlaqə saxlayan Əli O. Romanın anası Lüdmilanın İstanbula gəlməsini istəyib.

Həmin gün İstanbula gələn Lüdmila polisə məlumat verdikdən sonra otellərdən birinə yerləşib.

Azərbaycanlı quldur sentyabrın 1-də Romanın anasına yenidən zəng edərək onunla görüşmək istədiyini bildirib. Oğlunun öldürüləcəyindən qorxan Lüdmila isə Əlinin istəyi ilə razılaşıb və bunu polisdən gizlədib.

Otelin həyətində baş tutan görüşdə Lüdmila oğlu üçün istənilən miqdarı ödəyəcəyini bildirib və ilkin olaraq, BMV markalı avtomobilini Əliyə verib.

Ananın məlumat verməməsinə baxmayaraq, görüşü addım-addım izləyən polis Əli O.nu avtomobilində yaxalayıb.

Polisin araşdırması zamanı Əlinin əsl adının Ənvər S. olduğu ortaya çıxıb.

Polisin səylərindən sonra o, Romanı gizlətdiyi yerin ünvanını demək məcburiyyətində qalıb.

Evdə axtarış aparan polis Kalaşnikov, çox sayda güllə, 2 tüfəng, Əli O. adına 2 saxta Ukrayna pasportu və 9,6 min saxta ABŞ dolları ələ keçirib.

Tarix
2015.09.22 / 15:02
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla