Yuxarı

Evli kişi qız qaçırdı, arvadının yanında öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evli kişi qız qaçırdı, arvadının yanında öldürdü

Sumqayıtda bir ay əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub.

Axar.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yeganə Mirzəyevanın Qobu qəsəbəsində meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Vahid Vəliyev tutulub.

Daşkəsəndə Rəfayel Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Cinayəti törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov və Elmir Məmmədov yaxalanıb.

Masallının Şərəfə kəndində isə İntizam Rzayev öldürülüb. Münaqişə zəminində qətli törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Salman Qurbanov tutulub.

Tərtərin Köçərli kəndində Fərid Zeynalov qeyri-rəsmi nikahda olduğu Ağdam sakini Tofiqə Qurbanovanı boğub öldürüb. 29 yaşlı Fərid bir neçə gün əvvəl evlənmək məqsədi ilə 19 yaşlı Tofiqəni qaçırıb.

APA-nın yaydığı məlumata görə, Fərid ailəli olub və qaçırdığı qızı həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Qadınlar arasında mübahisə düşüb və bu zaman Fərid qaçırdığı qızı boğaraq öldürüb.

Tarix
2015.09.23 / 15:42
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla