Yuxarı

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 50 hakeri arasında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Major League Hacking (MLH) - Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısı açıqlanıb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, builki siyahıda azərbaycanlı tələbə Firəngiz Qənbərlinin də adı var.

ABŞ-ın Kansas Universitetində II kurs tələbəsi olan Firəngiz “ən yaxşı 50” siyahısına 18 ölkədən kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. Seçilən ən yaxşı gənc kompüter mütəxəssisləri Kanada, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya, Kolumbia, Yunanıstan, Misir, Efiopiya, Hindistan, Meksika, Pakistan, Özbəkistan, Tunis, Vyetnam, BƏƏ, Şri Lanka kimi ölkələri təmsil edirlər.

Qeyd edək ki, Firəngiz Qənbərli Amerikada kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif hakaton müsabiqələrinin qalibi olan Firəngiz "HackKU-2021” və "HackKU-2022” müsabiqələrinin təşkilatçısı kimi də böyük uğur qazanıb. Hazırda "Microsoft” şirkətində təcrübəçi olan Firəngiz Qənbərli eyni zamanda Kansas Universiteti Kompüter Mühəndisləri Assosiasiyanın prezidenti və "Women in Computing Club KU” platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.

Tarix
2022.07.12 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynadan 20 Yanvarla bağlı bəyanat

İlham Əliyev Davosda Stader ilə görüşdü

Azərbaycan xalqının acısını ürəkdən paylaşıram

Bakı 35 il öncə bu gün - Foto

Sual budur ki, təyyarəni vurmaq əmrini kim verib? - Ekspert

Rus hərbçilər kazarmalarını Əskiparadan köçürür

Azərbaycan-Gürcüstan əlaqələri mühüm önəm daşıyır

Arakçı ABŞ-a səfərdən imtina etdi – Səbəb

35 il əvvəl İğdır: “Yol verin, Azərbaycana keçək” - Video

Ermənilər sərhədimizə yaxın yeni qüvvə yerləşdirdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla