Yuxarı

"Oskar-2014" mükafatına namizədlərin adları açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kino İncəsənəti Akademiyası "Oskar" kino mükafatına nominantların adlarını açıqlayıb.

Sayca 86-cı "Oskar" mükafatının təqdimetmə mərasimi martın 2-də Los-Ancelesdə keçiriləcək.

"Ən yaxşı film" adı uğrunda aşağıdakı filmlər mübarizə aparacaqlar: "12 il köləlikdə" (12 Years a Slave), "Amerikansayağı fırıldaq" (American Hustle), "Kapitan Filips" (Captain Phillips), "Qravitasiya" (Gravity), "Nebraska" (Nebraska), "Filomena" (Philomena), "Uoll-strit canavarı" (The Wolf of Wall Street), "Dallas alıcılar klubu" (Dallas Buyers Club), "O" (Her).

"Oskar" almağa namizəd rejissorlar: Devid O.Rassel ("Amerikansayağı fırıldaq" filminə görə), Alfonso Kuaron ("Qravitasiya"), Aleksandr Peyn ("Nebraska"), Martin Skorseze ("Uoll-strit canavarı") və Stiv Makkuin ("12 il köləlikdə").

"Ən yaxşı dramatik aktyor" kateqoriyasında mükafat almağa Bryus Dern ("Nebraska"), Leonardo Di Kaprio ("Uoll-strit canavarı"), Metyu Makkonahi ("Dallas alıcılar klubu"), Çivetel Eciofor ("12 il köləlikdə") və Kristian Beyl ("Amerikansayağı fırıldaq") iddia edirlər.

"Ən yaxşı dramatik aktrisa" adı uğrunda Emi Adams ("Amerikansayağı fırıldaq"), Keyt Blanşet ("Mavi jasmin"), Sandra Bullok ("Qravitasiya"), Cudi Denç ("Filomena") və Meril Strip ("Avqust") mübarizə aparacaqlar.

Kino akademiyasının versiyasına görə, ən yaxşı 5 əcnəbi film sırasına Belçika istehsalı olan "Açılmış dairə" (The Broken Circle Breakdown), "Ov" (Danimarka - "Hunt"), "Böyük gözəllik" (İtaliya - "The Great Beauty"), "Çatışmayan rəsm" (Kamboca - "The missing Picture") və "Ömər" (Fələstin - "Omar") filmləri daxildir. (Trend)

Tarix
2014.01.16 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü - Foto

Aleksandr Turçin Ağdama getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla