Yuxarı

Bank müdiri 40 mini mənimsədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank müdiri 40 mini mənimsədi

Yunayted Kredit Bank ASC-nin müdiri vətəndaşın banka yatırdığı külli miqdarda pulu mənimsəyib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, bankın Gəncə filialının əməkdaşının qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalarla filialın sabiq müdiri Nərminə Dərgahzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olub. O, bankın elektron sənəd hesabatlarına yanlış məlumatlar daxil edərək Gəncə şəhər sakininin adına rəsmiləşdirilmiş 40 min ABŞ dolları mənimsəyib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix
2015.09.29 / 13:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla