Yuxarı

Bakıda sevgilisi ilə birləşib ərini doğradı – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sevgilisi ilə birləşib ərini doğradı – Təfərrüat

11:54

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, 40 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat araşdırılarkən məlum olub ki, onu həyat yoldaşı 39 yaşlı Lalə Mahmudova və həyat yoldaşının Sədi adlı tanışı qətlə yetirib.

Lalə tanışı Sədi ilə birlikdə meyiti hissələrə bölərək İsmayıllı rayonunda meşəlik sahədə basdırıb.

Qətlin təfərrüatını Lent.az yayıb. Saytın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl paytaxt sakini Kamran Mahmudovun itkin düşməsi ilə bağlı həyat yoldaşı, 1975-ci il təvəllüdlü Lalə Mahmudova polisə şikayət edib. Məlum olub ki, K.Mahmudova məxsus olan BMV markalı avtomobil də yoxa çıxıb.

Avtomobil İsmayıllı rayonu ərazisində tapılıb. Məlum olub ki, L.Mahmudova tanışı Sədi Məmmədovla birgə həyat yoldaşını İzmir prospekti 5/55 ünvanındakı mənzildə qətlə yetirib. Daha sonra S.Məmmədov K.Mahmudovun cəsədini elə ona məxsus olan avtomobilin baqajına qoyaraq doğulduğu İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığına gətirib və onu hissələrə bölərək basdırıb. O, avtomobili elə meşədəcə qoyaraq ərazidən uzaqlaşıb.

Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və L.Mahmudova ilə S.Məmmədov törətdikləri əməli etiraf ediblər. Dünən gecə saatlarında S.Məmmədov meyiti hissələrə bölərək basdırdığı yeri göstərib və K.Mahmudovun meyiti çıxarılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, K.Mahmudovun L.Mahmudova ilə nikahından iki övladı qalıb.

Tarix
2015.10.01 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla