Yuxarı

Namus üstə qətlə görə ağır cəza – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namus üstə qətlə görə ağır cəza – Təfərrüat

Xızıda namus üstə törədilən qətllə bağlı məhkəmə işi yekunlaşıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cəbrayıl rayon sakini olan Rahib Əliyevə 14 il həbs cəzası verilib.

O, "Makarov" markalı tapançadan atəş açmaqla rayon sakini Osman Şirinovu qətlə yetirib. Sonra qayınatasının evində olan uşaqları ilə vidalaşıb polisə təslim olub. Hadisə bu il yanvarın 28-i baş verib.

"7news.az" yazıb ki, R.Əliyev ifadəsində Şirinovu həyat yoldaşı ilə intim əlaqədə olduğuna görə öldürdüyünü açıqlayıb. O, 2005-ci ildə Xızı sakini Aytən Nəsirova ilə evlənib.

Bu il yanvarın 24-də Aytən uşaqlarını ondan xəbərsiz atası evinə gətirib. Bir gün sonra təkbaşına Bakıda yaşayan xalasının evinə yola düşüb. Bu barədə xalasından heç kimə deməməsini xahiş edib.

Atası qızının axtarışına başlayıb. Bu ərəfədə Rahibin qonşusu Ceyhun Məmmədov ona arvadı haqda danışıb. Ötən ilin yayında o neft daşlarında işdə olarkən onların mənzilində naməlum şəxsin gecələdiyini söyləyib.

Ceyhun ertəsi gün o adamın qarşısını kəsərək kimliyi ilə maraqlanıb. Cavabında sonuncu bunun şəxsi işi olduğunu bildirib, aralarında mübahisə yaranıb.

Qonşusu Mənsur isə həmin şəxsi telefonunun videosuna çəkib. Danışıq əsnasında həmin şəxs Xızıdan olduğunu deyib. Ceyhun onu xəbərdar edib ki, bir də bu ərazidə görsənsə həmin görüntü qadının ərinə veriləcək.

Həmin vaxtdan o bu haqda Rahibə danışmaqdan çəkinib. Və buna görə Rahibdən üzr istəyib. Rahib təkidlə telefondakı görüntüyə baxıb.

Elə həmin gün Qarabağ savaşı vaxtından gətirdiyi və evdə saxladığı tapançanı götürüb, qayınatasının evinə yollanıb. Sonuncuya telefonuna köçürdüyü naməlum şəxsin görüntüsünü göstərməklə, onun namusuna toxunduğunu bildirib.

Yaxın adamların köməkliyi ilə Rahib müəyyən edib ki, həmin şəxs rayon sakini Osman Şirinovdur. Səhərisi gün mərkəzi bazarın yanında ticarətlə məşğul olan Şirinova məxsus marketə gəlib, ona 3 dəfə atəş açıb.

Tarix
2015.10.07 / 08:00
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla