Yuxarı

Gömrükdə külli miqdarda həb saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə külli miqdarda həb saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 180 həbdən ibarət psixotrop maddənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, İdarənin əməkdaşları Tehran-Bakı aviareysi ilə gələn sərnişin Qurbanova Təhminə İsmayıl qızının baqajına müvafiq qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib. Yoxlama zamanı üzərində "Alprazolam 0.5 mq" sözləri yazılmış, 2 ədəd dərman qutularına qablaşdırılan 18 ədəd konvalyutda açıq çəhrayı rəngli 180 ədəd həb aşkar olunub.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə isə, Qurbanova Təhminə İsmayıl qızında aşkar edilən həblər- zavod üsulu ilə hazırlanan "Alprazolam" adlı dərman preparatıdır və bu dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in siyahısına daxildir.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Tarix
2015.10.08 / 15:25
Müəllif
Günay Ali
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla