Yuxarı

Silah və saxta pul satan dəstə ifşa edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Silah və saxta pul satan dəstə ifşa edildi - Video

Bakıda odlu silah alğı-satqısı, narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Axar.az xəbər verir ki, Astara rayon sakini Zaur Əliyevin AKSU markalı avtomatı, patron darağını və 114 ədəd müxtəlif çaplı patronları istintaqa məlum olan şəxsə 1500 manata satması müəyyən edilib.

Tədbirin davamı olaraq Zakir Əliyev 1 ədəd qumbaranı həmin şəxsə 300 manata satmaq istəyən zaman yaxalanıb.

Region TV xəbər yayıb ki, Zəngilan Rayon Polis Şöbəsi və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının birgə keçirdikləri daha bir əməliyyat tədbiri ilə Astara sakinləri - Elşən Ağalı, Röyal Əliyev, eləcə də Bakı sakinləri Tural Səfərov və Hüseynağa Əsgərov da tutulublar.

E.Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də 22300 saxta ABŞ dolları aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı narkotik vasitələri bir müddət əvvəl satış məqsədi ilə İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyini, saxta pulların isə ona satmaq məqsədilə Hüseynağa Əsgərov tərəfindən verildiyini bildirib.

E.Ağalı deyib ki, əvvəl də məhkumluq həyatı yaşayıb: "Orda da bir iranlı ilə tanış olmuşam. Çıxandan sonra da onunla əlaqəm olub. Gedib oradan Bakıya satmaq üçün narkotik, tiryək, heroin, həşiş qətranı gətirmişəm".

Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2015.10.08 / 18:12
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

İlham Əliyev Trampın hədiyyəsini Orra göstərdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla