Yuxarı

Əlavə dərs saatı istədi, şəhid qardaşı təhqir edildi…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlavə dərs saatı istədi, şəhid qardaşı təhqir edildi…

Astara rayonunda məktəb direktoru və müəllim arasında mübahisə baş verib.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Astara rayonu Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin müəllimi, Birinci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanovun qardaşı Rizvan Qurbanov məlumat verib.

O bildirib ki, məktəbin direktoru Əlican Hacıyev ədalətli şəkildə dərs bölgüsü aparmır:

“Mən direktora bildirdim ki, digər müəllimlərə nisbətdə mənə cəmi 16 saat dərs bölgüsü edilib. Xahiş etdim ki, bu bölgü azdır və boş qalan dərslərdən əlavə edilsin. O mənə bildirdi ki, bu məsələ onluq deyil. Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etdim. Orada bildirildi ki, mənə əlavə iki saat dərs veriləcək.

Bundan xəbər tutan direktor məni təhqir etdi və “Sən kimsən ki, özbaşına gedib, dərs bölgüsü alasan?” - dedi. O mənə bildirdi ki, dərs bölgüsündəki iki saatı pul aldığı musiqi müəllimi İbrahim Həsənzadəyə verib”.

R.Qurbanov deyir ki, direktor onu otağına çağırıb və zor tətbiq edib:

“Otağa daxil olanda gördüm ki, direktor, musiqi müəllimi İbrahim, atası, əmisi oradadırlar. Həmin vaxt İbrahimin atası yaxamdan yapışdı və şəhid qardaşımı təhqir etdi, nalayiq ifadələr işlətdi. Mən məsələ barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdim və polis izahatımı aldı. Bir müddət sonra İbrahim Həsənzadənin ailəsi evimə gəldi, şəhid qardaşımı təhqir etdiyi üçün üzr istədi. Eyni zamanda, şikayəti də geri çəkməyimi istədilər. Mən şikayətimi geri götürmədim. İstəyirəm, hər kəs cəzasını alsın”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin şəxsin müraciəti əsasında Astara Rayon Polis Şöbəsində ilkin araşdırma aparılıb:

“Araşdırmanın davam etdirilməsindən ötrü toplanmış material rayon prokurorluğuna göndərilib”.

Tarix
2022.09.26 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla