Yuxarı

Qatil qız: “Nəslimi söydü, peşman deyiləm…” – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatil qız: “Nəslimi söydü, peşman deyiləm…” – Video

Məni təhqir etdi. Dedim ki, Anar, o söyüşünü sənə yedizdirəcəyəm.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda 20 yaşlı Səringül Ramazanova boğazını kəsib öldürdüyü 31 yaşlı Anar Məmmədov haqda deyib.

Qətlin söyüş üstündə baş verdiyini söyləyən gənc qız əməlindən peşman olmadığını açıqlayıb. Region TV-nin hazırladığı sujetdə Səringül hadisə ilə bağlı detalları belə danışıb:

"Məni şillələməyə başladı. Bu, mənə lap pis təsir etdi. Bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşman deyiləm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, başqası olsaydı da, eyni şeyi edərdi:

"Ailəmdən biri də mənim var-yoxumu söysəydi, onu da yaşatmazdım".

Yada salaq ki, hadisə Novxanı qəsəbəsi ərazisindəki kafelərdən birində qeydə alınıb.

Xaçmaz sakini olan S.Ramazanova Bakı sakini A.Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, şah damarı kəsildiyi üçün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2015.10.13 / 17:44
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla